XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 09:22

Amerikalı açıq dənizdə 66 gün keçirdikdən sonra sağ qalıb

Onun yaxtası zədə aldığından onu idarə edə bilməyib

İki aydan çox bir müddətdə açıq dənizdə itkin düşmüş ABŞ vətəndaşını yaxınlıqdan keçən gəmi bortuna götürüb.

Strateq.az xarici mətbuata isnadən xəbər verir ki, 37 yaşlı Lui Cordan yanvarın 29-da itkin düşüb. Naməlum səbəblərə görə, onun idarə etdiyi yaxta zədə alıb və o, gəmini yönəldə bilməyib.

Almaniyanın “Houston Express” tankeri kişini Şimali Karolina sahilərndən 320 kilometr uzaqda aşkarlayıb.

Cordanın sözlərinə görə, əli ilə tutduğu balıqları yeyərək yağış suyu içməklə sağ qalıb.