XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 11:41

Əhalinin 67 faizi prezident seçkilərində iştirak edəcək –İRAN

 

Mayın 19-da İranda keçiriləcək prezident seçkilərində əhalinin 67 faizi səsvermədə iştirak edəcək.

İRNA agentliyinin 31 vilayətdə 6089 respondent arasında keçirdiyi sosioloji sorğunun nəticələri onu deməyə əsas verir ki, İranda seçici fəallığı yüksəkdir.

Keçirilən sorğudan məlum olub ki, əhalinin 67 faizi səsvermədə iştirak edəcək, 16,2 faizi isə hələlik səsvermədə iştirak edəcəkləri barədə qərar vermədiklərini bildiriblər.

Rəyi soruşulanların 27,8 faizi islahatçıları, 23,3 faizi mühafizəkarları, 14 faizi digər siyasi təşkilatları dəstəkləyir, 20,7 faizi isə heç bir siyasi qüvvənin tərəfdarı olmadıqlarını bildiriblər.