XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2017 - 12:55

Rusiya XİN-in əməkdaşı arvadını, 5 yaşlı qızını və özünü öldürdü

Moskvanın cənub-qərbində 44 yaşlı kişi arvadını və beşyaşlı qızını vurub, sonra da özünə qəsd edib.

Bu barədə life.ru xəbər yayıb. Faciə mayın 14-də, bazar günü gecəyarısı Lenin prospektindəki evlərdən birinin mənzilində baş verib. Hadisə yerində operativ qrup işləyir. İlkin məlumatlara görə, kişi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Asiya və Sakit okean əməkdaşlığı Departamentində işləyib.