XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 13:30

Yəmənin paytaxtında vəba epidemiyası tuğyan edir:Fövqəladə vəziyyət elan olunub

Hazırda qiyamçı husilərin nəzarətində olan Yəmənin paytaxtı Sanada vəba epidemiyası ucbatından fövqəladə vəziyyət elan olunub.

Yəmən Səhiyyə Nazirliyi beynəlxalq humanitar təşkilatları vəba epidemiyasi ilə mübarizə aparmaq üçün ölkəyə yardım etməyə çağırıb. Nazirlik hərbi əməliyyatlar ucbatından ciddi ziyan görən ölkənin epidemiya ilə mübarizə aparmaq iqtidarında olmadığını qeyd edib. BMT-nin məlumatına görə son vaxtlar Yəməndə vəbadan 51 nəfər vəfat edib. Qırmızı Xaç Komitəsinin məlumatında isə mayın 14-nə qədər vəbadan vəfat edənlərin sayının 115 olduğu bildirilir. Vəbaya yoluxanların sayının 2700-8500 nəfər olduğu ehtimal olunur. Yəməndə İranın dəstəklədiyi qiyamçı husilərlə hökumət ordusu arasında müharibə davam edir. Yəmənin hökumət ordusunu isə Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya dəstəkləyir. 2014-cü ildən başlayan münaqişədən sonra ölkədəki səhiyyə müəssisələrinin yarıdan çoxu fəaliyyətini dayandırıb. Təqribən 7,6 milyon insan içməli suyun olmadığı ərazilərdə yaşayır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Səudiyyə Ərəbistanın 2015-ci ildə Yəməndəki münaqişəyə müdaxiləsindən sonra 8 min insan həlak olub. (BBC)