XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 16:24

İranda SEPAH-ın sabiq komandanı prezidentliyə namizədliyini geri götürdü –Qalibaf Rəisini dəstəklədi

İranda prezidentliyə namizədlərdən biri seçki marafonunu tərk edib.

İran prezidentliyinə namizəd Məhəmməd Baqir Qalibaf digər namizəd Seyid İbrahim Rəisi Sadatın xeyrinə prezidentliyə namizədlikdən imtina edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, bununla bağlı Məhəmməd Baqir Qalibaf bu gün  verdiyi bəyanatında bildirib.

2005-ci ildən Tehran şəhərinin meri olan Qalibaf vəzifəyə seçilməzdən öncə İslam İnqilabının Keşikçiləri Korpusu ("Sepah”) Hava qüvvələrinin və ölkə polisinin (Niruye-Entezami) komandanı olub. 2004 və 2013-cü illərdə prezident seçkilərində iştirak etmiş və müvafiq olaraq, 13,9 və 16,5% səs alıb. Seçkilərdə lideri olduğu İnkişaf və Ədalət Partiyası, həmçinin mühafizəkar cinahın "İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi” (CƏMNA) adlanan seçki bloku tərəfindən dəstəklənirdi.