XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 20:04

Almaniyanın keçmiş kansleri vəfat etdi

Almaniyanın keçmiş kansleri Helmut Şmidt bu gün 96 yaşında vəfat edib.

Strateq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat verib.

Keçmiş kansler nəfəs yollarındakı xəstəlikdən əziyyət çəkirdi. Bir müddət əvvəl əməliyyat keçirən Şmidtə siqaret çəkmək qadağası qoyulmuşdu.

Xatırladaq ki, Almaniya Sosial Demokrat Partiyasının tanınmış simalarından olan H.Şmidt 1974-cü ildən 1982-ci ilədək Almaniya Federativ Respublikasının beşinci kansleri olub. Buna qədər isə müxtəlif vaxtlarda federal müdafiə naziri, iqtisadiyyat və maliyyə naziri postlarını tutub. O, publisist, filosof və dünya iqtisadiyyatının bilicilərindən biri kimi də məşhur idi.