XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 01:43

Ərdoğan ABŞ-da meydan oxudu:"Bu, əldə etdiyimiz qlobal sazişə ziddir"

Ankara Suriyadakı münaqişənin nizamlanması prosesində PKK-nın Suriya qolu olan PYD/YPG terror qruplaşmalarının maraqlarını nəzərə almaq niyyətində deyil.

 APA-nın məlumatına görə, bunu Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.  

“Türkiyə PYD/YPG-nin bölgədəki maraqlarını heç vaxt nəzərə almayacaq. Bu, əldə etdiyimiz qlobal sazişə ziddir. Biz bu qruplaşmaların terror vasitəsilə bölgənin dini və etnik quruluşunu manipulyasiya etməsinə imkan verməməliyik”, – deyə Ərdoğan Vaşinqtonda ABŞ prezidenti Donld Trampla görüşündən sonra bildirib.  

Ərdoğan bəyanatı türk dilində səsləndirib. ABŞ telekanalları bəyanatı ingilis dilinə tərcümə edərək yayımlayıblar.  

Qeyd edək ki, Ankaranın çoxsaylı etirazlarına baxmayaraq, ABŞ İŞİD-lə mübarizədə Suriya kürdlərinə hərbi dəstək göstərməkdə davam edir.