XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2017 - 10:04

Yunanıstan hökuməti turizm vergisi tətbiq edəcək- Bu tarixdən

Yunanıstan hökuməti 2018-ci ildən etibarən iyul və avqust aylarında turizm vergisi tətbiq edəcək.

Hotelin kateqoriyasından asılı olaraq turist 0.25 avrodan 4 avroya kimi günlük vergi ödəyəcək. Yeni vergi həm müstəqil, həm də təşkilat vasitəsilə səyahət edən turistlərə şamil ediləcək.

Turizm vergisi yunan hökumətinin cari ilin mayında qəbul etdiyi sərt iqtisadi islahatlar çərçivəsində tətbiq olunur(azərtac).