XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2017 - 12:13

Əfqanıstanda televiziya şirkəti yaxınlığındapartlayış olub

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib.

Trend-in məlumatına görə, partlayış dövlət televiziya şirkətinin yaxınlığında baş verib.

Məlumatda qeyd olunur ki, azı 3 silahlı televiziya binasına daxil olmağa cəhd göstərib. Onlardan ikisi özünü partlatdıqdan sonra, bir silahlı binaya daxil ola bilib.

Bina daxilində də atışmanın qeydə alındığı barədə məlumat verilib. Hadisə nəticəsində itkilərin olub-olmaması hələ məlum deyil.