XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 12:47

Konqresmen-demokratlar Trampdan Lavrovla görüşününprotokolunu istəyirlər

Konqresmen-demokratlar Ağ evi ABŞ Prezidenti Donald Trampın ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşün protokolunu təqdim etməyə çağırıblar. Bu görüşdə Donald Tramp guya nazirlə çox məxfi informasiyaları bölüşüb.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, partiya yoldaşlarının bu tələbini demokratların ABŞ konqresindəki lideri Çak Şumer səsləndirib. “Prezident yubanmadan redaktə olunmamış stenoqramı təqdim etməlidir”, – deyə Şumer bildirib. O qeyd edib ki, əgər prezident milli təhlükəsizliyi və kəşfiyyat əməliyyatlarını təhlükə altında qoyubsa, konqres bunu bilməlidir.

Ağ ev administrasiyası isə öz növbəsində məxfi informasiyaların aşıqlanması barədə ittihamları təkzib edir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Gerbert Makmaster növbəti dəfə qeyd edib ki, dövlət başçısı görüşdə yolverilməz heç nə deməyib. Makmasrerin sözlərinə görə, bu məsələni üfürərək şişirdiblər, o, mətbuata çıxıb və prezidenti kəşfiyyat xidmətinin mənbələri və metodları barədə məlumatları açıqlamaqda əsassız olaraq ittiham etməyə başlayıblar.

Donald Trampın özü Twittert səhifəsində yazıb ki, Rusiya tərəfi ilə terrorizmə və uçuşların təhlükəsizliyinə aid faktları paylaşıb və buna tam hüququ var.

CNBC telekanalının siyasi icmalçısı Ceyk Novak Tramp-Lavrov görüşü ətrafında baş verənləri “əsl informasiya bombası” adlandıraraq qeyd edir ki, bu, qanuni seçilmiş prezidentə qarşı siyasi çevriliş cəhdini xatırladır.