Ümumdünya Səhiyyə Təşkilatı dünyada spirtli içkidən ən çox istifadə edən ölkəni açıqlayıb.
Təşkilatın yaydığı məlumatda bu ölkənin Litva olduğu bildirilir.
Hesablamalara görə, ötən il hər Litva vətəndaşının payına orta hesabla 16 litr spirtli içki düşüb.
Bu da Litvanı həm dünyanın, həm də Avropanın spirtli içkidən ən çox istifadə edən ölkəsi edir.
Litva 2014-cü ildə də siyahının birincisi (adambaşına 15,2 litr) olmuşdu. Həmin il ikinci sırada Belarus (adambaşına 13,9 litr), üçüncü sırada Çexiya (adambaşına 12,7 litr) qərarlaşmışdı(azadliq.info).