XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 15:54

Avropa Ittifaqı “Brexit”in qiymətini deməyəhazır deyil

Hazırda “Brexit”in London üçün qiymətini hesablamaq mümkün deyil. Bu, Böyük Britaniya ilə danışıqlardan və onun Avropa İttifaqının tərkibindən çıxma müddətindən asılıdır.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Aİ-nin “Brexit” üzrə danışıqlar aparan əsas nümayəndəsi Mişel Barnyö bildirib.

“Mən öz tərəfimdən maliyyə tənzimlənməsi ilə bağlı heç bir rəqəm söyləməmişəm. Çünki bu, razılılaşdıracağımız metodologiyadan və Böyük Britaniyanın Aİ-dən çıxma vaxtından asılıdır, – deyə Barnyö Avropa İttifaqının Strasburq şəhərində keçirilən plenar sessiyasında çıxış edərkən vurğulayıb. – Biz Böyük Britaniya ilə üzərinə götürdüyü öhdəliklər barədə sakitcə razılığa gəlmək üçün Avropa İttifaqının istədiyi kimi işləyirik. İttifaqı tərk etməyə görə heç bir cəza və hesab olmayacaq”.

Barnyö 28 ölkənin üzv olduğu Aİ-nin cari dövr üçün maliyyə öhdəlikləri götürdüyünü, onları birgə yerinə yetirdiklərini və gəlirlərdən birlikdə istifadə etdiklərini xatırladıb.

Böyük Britaniya Lissabon sazişinin 50-ci maddəsində göstərilən qaydaya əsasən, 2019-cu il martın 29-da, bu barədə rəsmi bildirişin təqdim olunmasından iki il sonra Avropa İttifaqını tərk etməlidir.