XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2017 - 16:06

Tramp Səudiyyə Ərəbistanında islamla bağlı böyük çıxış etməyə hazırlaşır

ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı islam dini haqqında böyük çıxış etməyi planlaşdırır.

Strateq.az “Qolos Ameriki” radiosuna istinadən bildirir ki, bu barədə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster bildirib. Onun sözlərinə görə, prezident Tramp cümə günü 50 müsəlman dövlət başçısı ilə gunorta yeməyi zamanı görüşəcək: “Burada çıxış edən Tramp radikal ideologiyaya qarşı müqavmətin vacibliyi barədə çıxış edəcək”.

Makmaster deyib ki, Trampın ilk xarici səfəri müsəlman, xristina və iudaizm arasında birliyin genişləndirilməsinə həsr olunub. O, 9 günlük turne zamanı həmçinin İsrail və Vatikanı ziyarət edəcək.