XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 11:15

İraq BFV-na təslim oldu

Azərbaycan Qərblə inteqrasiyaya son verməyə çalışdığı bir vaxtda İraq Beynəlxalq Valyuta Fondunun önündə diz çökdü.

Strateq.az-ın məlumatına görə, İraqın BVF-na müraicəti bu qurum tərəfindən ilkin mərhələdə qəbul olunub.

Yadınızdadırsa, bir müddət əvvəl yayılan məlumatlarda bildirilirdi ki, fond bu ilin axırından etibarən İraq maliyyə sistemini təqib altına alacaq və ona böhrandan çıxış  üçün təkliflər hazırlayacaq. Bağdad bu təklifləri qəbul edərsə, ona yardım məsələsi müzakirə olunacaq.

BVF-nin İraq missiyasının rəhbəri Kristian Cozun bugünkü açıqlamasına görə, təmsilçisi olduğu təşkilat artıq İraqda aparılan iqtisadi islahatları təqib altına alıb. Təşkilat indi təkliflər paketi hazırlamaq ərəfəsindədir. Bu proses də tamamlandıqdan sonra, 2016-cı ilin ilk yarısında İraqla imzalanacaq saziş BVF-nun baş ofisinə təqdim ediləcək.

Açıqlamada fond yetkilisi terrorun maliyyələşdirilməsi və qara pulun yuyulması məsələsində İraqın hələ daha ciddi addımlar atmasına ehtiyacı olduğunu bildirərək, 2014-2016-cı illərdə qeyri-neft sektorunun inkişafında yaranan boşluqları doldurması üçün ölkəyə lazımi dəstək verə biləcəklərini də vəd edib.

Coz həmçinin İraq büdcəsinin əhəmiyyətli hissəsinin neft ixracatından əldə olunan gəlirlər sayəsində maliyyələşdiyini və qiymətlənin ucuzlaşması nəticəsində bu böhranın yarandığını etiraf edib.

Qeyd edək ki, neft ehtiyatlarına görə Azərbaycandan xeyli irəlidə olan İraqın bizdən daha əvvəl bu cür çətin vəziyyətə düşməsinin başlıca səbəblərindən biri İŞİD-ə qarşı mübarizədə xeyli maliyyə sərf etməsindən qaynaqlanır. ölkənin valyuta ehtiyatlarının böyük qismi hərbi sahəyə getdiyindən İraq artıq aylardır ki, məmurlarının maaşını verə bilmir.

Maraqlıdır ki, Qərblə əlaqələrini açıq şəkildə sona çatdıran Azərbaycanda da son zamanlar müharibə təbliğatı güclənib. Prosesin bu istiqamətdə davamı bizi də qıza müddətdən sonra yad qapısında çörək puluna möhrac qoya bilər.

Bir tərəfdən də neftin ucuzlaşmasının acı meyvələrini yeyən Azərbaycan eyni aqibətlə üzləşməməsi üçün indidən bəzi tədbirləri həyata keçirməli, xüsusilə, onun korrupsiyaya qarşı mübarizə aparması, qara kapitalın yuyulması prosesinin qarşısını alması, qeyri-neft sektorunun inkişafında fundamental addımlar atması tələb olunur. Əks halda bizim də yolumuz BFV-dan keçər və məcburən qəbul etdiyimiz qərarların icrasında daha çətin axsamalar yaşaya bilərik.