XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 12:41

Putinin arxasındakı “dərin Rusiya”: “Şeytan” ləqəbli Sergey Şoyqu

Vladimir Putinin ad günündə müdafiə naziri Sergey Şoyqu ona bir hədiyyə gətirdi: Rusiyanın Suriyadakı hərbi səfərbərliyinə dair son məlumatları…

Bu məlumatlar Xəzər dənizindəki ballistik raketlərlə, təxminən 1,500 km uzaqlıqdan hədəf alınaraq atəş açılması imkanıyla əlaqədar idi. Putin ona təqdim olunan layihəni təsdiqləyərək, “Belə əməliyyatların nə qədər mürəkkəb olduğunu bilirik,” – dedi.

O axşam iki dost öz həvəskar klublarıyla buzüstü xokkey oynayaraq bu əlamətdar günü qeyd etdilər. Oyunda yenə ilk qolu Putin atdı, qələbəni zəmanət altına almaq üçünsə bir qol da Şoyqu vurdu. Komanda oyunu böyük fərqlə qazandı.

Şoyqu 2012-ci ilin sonlarında müdafiə naziri təyin olunandan bəri, Putinlə dostluqları möhkəmlənib. Rusiya Silahlı Qüvvələri Putinin xarici əlaqələr siyasətinin prioriteti halına gəlib. Əvvəl Krım və Şərqi Ukraynada NATO hava sahəsi boyunca, indisə Suriyada Rusiya xüsusi bir aktivliklə güc nümayiş etdirir.

Pentaqonun Rusiya əlaqələrindən məsul olan yetkilisi Evelin Farkas, Şoyqunun rəhbərliyindəki Rusiya Silahlı Qüvvələrini belə xarakterizə edir: “Daha əvvəl görülməmiş bir qabiliyyəti, təşkilatçılığı və məntiqi bacarığı ilə seçilir”.

Şoyqu əslində Rusiya üçün təkcə son müdafiə naziri də deyil. Putindən üç yaş kiçik – 60 yaşında olan bu adam Rusiya hökumətinin ən uzunmüddətli xidmətdə olan nümayəndəsidir. Vəzifəyə gəlişi 1990-ci ilə – Sovet İttifaqının yıxılmasının əvvəlinə qədər uzanır. O zamanlar Putin hələ Sankt-Peterburqda bələdiyyə başçısi idi və qeyri-müəyyənlik içində ayaqda durmağa çalışırdı.

Şoyqu ilk dəfə adını özünün qurduğu və təxminən 22 il ərzində idarə etdiyi, geniş bir fəaliyyət sahəsinə sahib olan yarımhərbi xilasetmə xidməti olan Fövqəladə Hallar Nazirliyində duyurdu. Rusiyanın qarmaqarışıq bir bürokratiyasını idarə etməsiylə o, özünə qarşı nəzərə çarpacaq hər hansı bir düşmən qazanmadan gücünü və məşhurluğunu artırdı. Rusiya elitasını öyrənən analitik Yevgeni Minçenko onun barəsində “idarəedənlər arasında onun kimi uğurlu kadr yoxdur“- deyir: “Misli-bərabəri görünməmiş bir əfsanə ilə qarşı-qarşıyayıq”.

Şoyqu nazir təyin olunanda Rusiya quraqlıq və meşə yanğınları, dənizaltıların batması, mənzillər bombalanması və məktəblərdə uşaqların girov alınmasına qədər müxtəlif hadisələrin yaşandığı tam bir fövqəladə hallar ölkəsi idi. Bu səbəbdən də fövqəladə hallar nazirinin Rusiya siyasətinin ən çox tanınan fiqurlarından biri halına gəlməsi təəccüblü deyil.

Şoyqu Putinin Sankt-Peterburqdakı keçmiş Dövlət Təhlükəsizlik Komitəsi heyətinin içində yer almamasına baxmayaraq, etibarlı bir tərəf-müqabilidir. “Politbüro 2.0” olaraq adlandırılan illik raportunda Minçenko Şoyqunu Putinin ətrafındakı ən təsirli insanlar arasında ikinci sıraya yerləşdirib: ilk sırada isə Kreml administrasiyasının rəhbəri Sergey İvanov var. Ukrayna və ya Suriyada aparılan əməliyyatlar kimi mühüm qərarların alınmasında isə Şoyqu vazkeçilməz bir fiqurdur. Ondakı sədaqət, bacarıq və populyarlıq, həmçinin onu Putindən sonra gələcək prezident olma yolunda potensial bir namizəd halına gətirir.

Şoyqu Sibirin cənubunda, Tuva adlı az bilinən bir respublikada böyüdü. İdman etməyi, evlərinin arxa bağçasında döyüşməyi və Yenisey çayında buz parçalarının üzərində atlanıb düşmək kimi riskli akrobatik hərəkətləri sevərdi. Bu xüsusiyyətləri səbəbiylə ona “Şeytan” ləqəbi vermişdilər.

Krasnoyarskda oxuyaraq mühəndislik diplomu alıb və 1990-cı ildə uğurlu tikinti layihələri sayəsində, Kommunist Partiyası tərəfindən Moskvaya çağırılıb. Bir müddət arxitektura komitəsində çalışdıqdan sonra Şoyqu daha sonra çox mühüm bir təşkilata çevrilən Fövqəladə Hallar Nazirliyində xilasetmə qrupuna rəhbərlik edib. 1991-ci ildəki Boris Yeltsinə qarşı çevriliş cəhdində və yenə 1993-ci ildəki konstitusiya böhranda əzmli bir şəkildə öz komandasına sədaqət nümayiş etdirib.

1990-cı illərin xaos dövründə Şoyqunun varlığı güvənvericiydi. Savaşların və təbii fəlakətlərlə bərabər, Tacikistan, çeçenistan və Cənubi Osetiyadakı qarşıdurmalarda uzlaşdırıcı bir rol oynayıb. 1999-cu ildə Yeltsin idarəni Putinə təhvil vermək hazırlananda komandası Şoyqudan “Birlik” adlı yeni siyasi partiyanı idarə etməsini istədi. Bu partiya daha sonra indi hakimiyyətdə olan “Birləşmiş Rusiya”ya çevrildi. Yeltsin Şoyqunu “ən böyük ulduzumuz” kimi qiymətləndirib.

Putin iqtidara gələndə strateji mütəxəssislərinin hələ kim olduğu bilinməyən yeni lideri xalqa tanıtması lazım idi. Köhnə Kremlin məsləhətçisi Qleb Pavlovski rəhbərliyin Putinin imicini bilərək Şoyquyla əlaqələndirməyə çalışdığını deyir: “Putinin də bir qurtarıcı olması lazım idi”.

Heç bir zaman partiya siyasətinə girmək istəməyən Şoyqu ərdəmli bir şəkildə ön plandan çəkilir. Pavlovskinin də vurğuladığı kimi, “bir kötükdən iki dayaq çıxmayacağını” anlayır. Nəticədə Şoyqu özünü sevdirə bilir.  

2000-ci ildə o, Putinə “Koni” adında qara bir labrador verir. “Koni” prezidentin ən sevdiyi it olur. Putinə macəralı səyahətlərində yoldaşlıq edir. Tətillərini Fransız sahilləri yerinə Rusiya meşələrində keçirərək vətənsevərliyini göstərir. çar dövründə qurulan və yenidən bərpa olunaraq rus elitalarına xidmət göstərən bir klubun – Rusiya Coğrafiya Birliyinin başçısı olur.

Bir əvvəlki müdafiə naziri Anatoli Serdyukovun gözdən düşməsindən sonra Putin silahlı qüvvələri Şoyquya həvalə edir. Serdyukov çox əhəmiyyətli islahatlar reallaşdırsa da, dövlətin irəli gələnlərini nəzərə almırdı. Şoyqu isə bir tərəfdən münasibətləri düzəldərkən, digər tərəfdən dəyişikliklərə də davam edirdi.

“Military-Industrial Courier” adındakı həftəlik qəzetin redaktoru olan Mixail Xodarenok “Şoyqu ilə ordu özünə güvənməyə başladı”-deyir. Şoyqu hərbi hazırlığa və xalqla əlaqələrə özünü həsr edir. Harvard Universitetində Rusiya ordusu mütəxəssisi olan Dmitri Gorenburg onun məşqləri və ani idarələri artırdığını söyləyir. Sovet sonrası dövr ərzində əsgərlərin bəzi köhnə tip paltarlarını dəyişdirmə kimi qərarları ilə lağ mövzusu olan tətbiqləri dəyişdirməsiylə şöhrət qazanır.

İlk olaraq praqmatik bir tutumla Qərb ilə əlaqələr quran Şoyqu Amerikanın müdafiə naziri çak Hagelə səmimi bir şəkildə adıyla xitab etməyi sevirdi. Ukrayna böhranı belə bir səmimiyyət içərisində bitdi. Putin Krıma əl qoymağa qərar verdiyində Şoyqu işğalı idarə etməsi üçün bölgəyə Oleq Belaventsev adında bir nümayəndəsini göndərdi. Şoyqunun böhranlara rəhbərlik təcrübəsi onun çox yaxşı bir şəkildə xidmət verməsini təmin etdi. “Krım əməliyyatı yeni Rusiya ordusunun gücünü göstərdi”, – deyir Minçenko: “Və Şoyqu bu ordunun simvolu halına gəldi.”

9 Mayda Sovet İttifaqının faşist Almaniyası üzə
rindəki zəfərinin 70-ci ildönümü əsnasında Rusiya televiziya kameraları qara, üstü açılan bir avtomobildə Şoyqunun Qızıl Meydana doğru irəliləməsi görüntülərini çəkir. Tamamilə hərbi uniformalarını geymiş, son dərəcə yaraşıqlı olan Şoyqu Kreml divarlarının altından keçir. Qeyri-adi hərəkətlər sərgiləyən yarı-Tuva, yarı- Rus xristian Şoyqu suallara cavab verir. Sualların ən təməl mövzusu daha yüksək bir mərtəbəyə gəlib-gəlməyəcəyi idi.

Rusiya siyasi sisteminin ən çox üzərində durduğu sual Putindən sonra hakimiyyətə kimin gələcəyidir. İndiki prezidentin iqtidarı əlində tutması bir az “alternativsizlik” imiciylə bağlıdir. “Əgər ikinci bir alternativ oraya çıxarsa, bu, Putini qorxudan bir oyunun başlanğıcı olur, çünki bunu sınaqdan çıxarılmasına Putin izn verməz” – deyir Pavlovski. Amma əgər son siyahı mövcuddursa, Şoyqu yəqin ki, o siyahının içindədir. Şoyqu Rusiyanın Putindən sonra ən güvənilən və məşhur siyasətçisi olmağa davam edir. Skandallardan qaçır və bu məsələdə özünü nisbətən təmiz tutmağa çalışır. Uzun müddət siyasi ehtirasları rədd edib ki, bu da onun xeyrinədir.

Nyu-York Universitetinin Rusiya mütəxəssisi Mark Galeotti deyir: “Yüksəlmə pillələrini dırmaşmaq məsələsində ümidsiz olmadığı açıq və dəqiqdir. Hətta bu yüksəliş zirvəsini tamamlayacaq kimi görünür. Son fövqəladə vəziyyət yarananda Rusiya ilk baş xilakarına geri qayıda bilər”.

“The Economist”