XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 17:20

Ukraynada Rusiya saytlarının bağlanmasına milyard dollarxərcləmək lazım gələcək

Ukrayna prezidenti Petro Poroşenkonun bir neçə Rusiya saytına qarşı sanksiyalar tətbiq etməklə bağlı fərmanının həyata keçirilməsinə təxminən 1 milyard ABŞ dolları və təxminən iki il vaxt lazım gələcək.

"Report" xəbər verir ki, bu barədə "112 Ukrayna" telekanalının efirində Ukrayna İnternet Assosiasiyasının sədri Aleksandr Fediyenko bildirib.

A.Fediyenkonun sözlərinə görə, hökumət saytları yox, onların yerləşdiyi bütün sistemi, eləcə də sanksiyalarla üzləşməyən platformaları bağlamaq istəyir. "İstifadəçi son nəticədə yalnız "VKontakte" kimi şəbəkələrə yox, bu sistemdə yerləşən digər platformalara da daxil olmaqdan məhrum olacaq", – o qeyd edib.

Qeyd edək ki, mayın 16-da Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib. Qadağa olunan subyektlər sırasında "VKontakte" və "Odnoklassniki" platformaları da var. Bundan başqa, "Yandeks"in bütün xidmətləri bloklanıb. "TV Tsentr", RBK, VQTRK, "Zvezda", "NTV-Plyus", TNT, ORT və REN TV teleşirkətlərinin yayımı məhdudlaşdırılıb, aktivləri bloklaşdırılıb. Qadağalar 3 il müddətinə tətbiq edilir.