Yelisey sarayının baş katibi Aleksi Koler bu gün Fransa hökumətinin yeni tərkibini elan edib.
Yeni hökumətinin tərkibinə 18 nazir və 4 dövlət katibi daxildir.
Azərtac xəbər verir ki, Lion şəhərinin meri Jerar Kolon Daxili İşlər Nazirliyinin başçısı olub. Müdafiə naziri postuna Avropa parlamentinin deputatı Silvi Qular, xarici işlər naziri vəzifəsinə isə sabiq müdafiə naziri Le Drian təyin edilib.
Fransua Bayru ədliyyə naziri, Brüno Lö Mer iqtisadiyyat naziri, Laura Flessel isə idman naziri vəzifələrini tutublar.
Nazirlər Kabinetinin ilk iclası mayın 18-də keçiriləcək.