XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 13:00

Suriya münaqişəsi: Mühüm sammit ərəfəsi Rusiyanın “sülh planı” açıqlanıb

 

Suriya böhranının diplomatik yollarla həll edilməsinə fürsət yaranır.

BMT-də paylanmış Rusiya sənədində Suriyada konstitusiya islahatının keçirilməsi təklif olunub.

Strateq.az xəbər verir ki, BBC-nin məlumatına əsasən, təklifdə konstitusiya islahatının 18 ay çəkəcəyi, sonra isə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Sənəddə prezident Bəşər əl-Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsinə toxunulmayıb.

Sənəddə deyildiyinə görə, müxtəlif Suriya müxalifət qrupları böhrana dair Vyanada keçiriləcək həlledici danışıqlarda şənbə günü iştirak etməlidir.

Suriya ordusu, bu arada, xəbərlərə görə, şimalda mühasirəni yara bilib.

Hələbdən şərqdə yerləşən Kuvairis aviabazasını qoruyan hökümət qüvvələrilə Suriya ordu hissələri birləşərək İslam Dövləri qruplaşması qüvvələrini dağıdıb, Sana xəbər agentliyi məlumat verib.

Aviabaza 2 il ərzində İD qrupu cihadçıların hücumuna məruz qalmışdı.

Rusiya XİN sözçüsünə görə, şənbə görüşü ərəfəsi əsas məsələ Suriya müxalifəti qruplarından hansının tərəfdaş, hansının isə “terrorçu” olduğunu müəyyən etmək olacaq.

Latakiyada çərşənbə günü azı 22 nəfər üsyançıların artilleriya atəşi nəticəsində hılak olub.

Rusiyanın 8 bənddən ibarət təkliflərində prezident Bəşər əl-Əsədin seçkilərdə iştirakı istisna olunmur, lakin Əsədin düşmənləri buna razı deyil.

“Xalq tərəfindən seçilmiş prezident silahlı qüvvələrə, xüsusi xidmət orqanlarına və xarici siyasət sahəsinə nəzarət edəcək”, Reuters agentliyi sənəddən sitat gətirib.

Deyildiyi kimi, islahat prosesinə bütün maraqlı tərəflərin qəbul edəcəyi namizəd rəhbərlik edəcək.

BMT-nin xüsusi məsələlər üzrə səfiri Staffan de Mistura Suriya hökümətilə “müxalifət qruplarının birləşmiş nümayəndə heyəti” arasında keçid hökümətinin formalaşmasını nəzərdə tutan 2012-ci ilin Cenevrə razılaşması əsasında siyasi prosesə başlamağa çağırıb.

Hələb şəhəri arasında şiddətli döyüşlər davam edir.

Staffan de Mistura çərşənbə axşamı dünya güclərini yeni beynəlxalq danışıqların yaratdığı fürsətdən istifadə edərək 4 il davam edən müharibəyə son qoya biləcək yol xəritəsinin işlənməsinə çağırıb.

“Vyananın yaratdığı fürsət itirilməməlidir”, səfir jurnalistlərə BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə bildirib.

Prezident Əsəd qüvvələrilə müxalifət dəstələri arasında atəşkəsin əldə edilməsinə dair danışıqlarda 20 ölkə və beynəlxalq qrup iştirak edəcək.