XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 18:13

Fərdi kompüterlərdə “Telegram”lasəsli ünsiyyət imkanı yarandı

2013-cü ildə “VKontakte” sosial şəbəkəsinin qurucusu Pavel Durov “iOS” platformasında işləyən “Telegram” messencerini istifadəyə verib. 4 il müddətində servis bütün platformalarda əlçatan olub və istifadəçilərin rəğbətini qazanıb.

Vaxt keçdikcə tərtibatçılar yeni funksiyalar əlavə etməklə messencerin imkanlarını genişləndiriblər. Bu günlərdə servisin fərdi kompüter versiyasında ən mühüm yeniliklərdən biri həyata keçirilib.

Azərtac “4pda.ru” saytına istinadən bildirir ki, bu yaxınlarda “Telegram” messenceri “VoIP” zəngləri (başqa istifadəçilərə səsli zənglər etmək imkanı) dəstəkləməyə başlayıb. Son yeniləmə nəticəsində xidmətin fərdi kompüter versiyasında da sözügedən funksiya istifadəyə verilib. Beləliklə, “Telegram” servisi “Skype” xidmətinin rəqibinə çevrilməkdədir.

Tərtibatçılar əmin edirlər ki, fərdi kompüterlər üçün son yeniləmə kompüter təlimi texnologiyasına əsaslanır, buna görə vaxt keçdikcə rabitə və səsin ötürülməsi keyfiyyəti daha da yaxşılaşacaq.