XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 12:41

Putinin arxasındakı “dərin Rusiya”: Sergey Şoygu (2)

Vladimir Putinin ad günündə müdafiə naziri Sergey Şoygu ona bir hədiyyə gətirdi: Rusiyanın Suriyadakı hərbi səfərbərliyinə dair son məlumatları.

Bu məlumatlar Xəzər dənizindəki ballistik raketlərlə, təxminən 1,500 km. uzaqlıqdan hədəf alınaraq atəş açılması imkanı ilə əlaqədar idi. Putin ona təqdim olunan layihəni təsdiqləyərək, “Belə əməliyyatların nə qədər mürəkkəb olduğunu bilirik,” dedi. O axşam iki dost öz həvəskar klublarıyla buz xokkeyi oynayaraq bu əlamətdar günü qeyd etdilər. Oyunda yenə ilk qolu Putin atdı, qələbəni zəmanət altına almaq üçün bir qol də Şoygu atdı. Komanda oyunu böyük fərqlə qazandı.

Soyğun 2012-ci ilin sonlarında müdafiə naziri təyin olunandan bəri, Putinlə dostluqları möhkəmləndi. Rusiya Silahlı Qüvvələri Putinin xarici əlaqələr siyasətinin prioriteti halına gəldi. Əvvəl Krım və Şərqi Ukraynada NATO hava sahəsi boyunca, indisə Suriyada Rusiya xüsusi bir aktivliklə güc nümayiş etdirir. Pentaqonun Rusiya əlaqələrindən məsul olan yetkilisi Evelyn Farkas, Şoygunun rəhbərliyindəki Rusiya Silahlı Qüvvələrini belə xarakterizə edir: “Daha əvvəl görülməmiş bir qabiliyyət, təşkilat və məntiqi bacarığı ilə seçilir”.

Şoygu əslində Rusiya üçün təkcə son müdafiə naziri də deyil. Putindən üç yaş kiçik, 60 yaşında olan bu adam Rusiya hökumətinin ən uzun müddətli xidmətdə olan nümayəndəsidir. Vəzifəyə gəlişi 1990-ci ilə- Sovet İttifaqının yıxılmasının əvvəlinə qədər uzanır. O zamanlar Putin hələ St Peterburqda bələdiyyə başçısi idi və qeyri-müəyyənlik içində ayaqda durmağa çalışırdı.

Şoygu ilk dəfə adını öz qurduğu və təxminən 22 il ərzində idarə etdiyi, geniş bir fəaliyyət sahəsinə sahib olan yarı-hərbi qurtarma xidməti olan Fövqəladə Hallar Nazirliyində (MChS) duyurdu. Rusiyanın qarmaqarışıq bir bürokrayiyasını idarə etməsiylə o, özünə qarşı nəzərə çarpacaq hər hansı bir düşmən qazanmadan gücünü və məşhurluğunu artırdı. Rusiya elitasını öyrənən analitik Evgeni Minçenko onun barədə “idarəedənlər arasında onun kimi uğurlu kadr yoxdur”- deyir: “Misli-bərabəri görünməmiş bir əfsanə ilə qarşı-qarşıyayıq,”

Soygu nazir təyin olunanda Rusiya quraqlıq və meşə yanğınları, dənizaltıların batması, mənzillər bombalanması və məktəblərdə uçaqların girov alınmasına qədər müxtəlif hadisələrin yaşandığı tam bir fövqəladə hallar ölkəsi idi. Bu səbəbdən də fövqəladə hallar nazirinin Rusiya siyasətinin ən çox tanınan fiqurlarından biri halına gəlməsi təəccüblü deyil.

Soyğun Putinin St Peterburqdakı keçmiş Dövlət Təhlükəsizlik Komitəsi heyətinin içində yer almamasına baxmayaraq, etibarlı bir tərəf-müqabilidir. “Politbüro 2.0” olaraq adlandırılan illik raportunda Minçenko Şoygunu Putinin ətrafındakı ən təsirli insanlar arasında ikinci sıraya yerləşdirib: ilk sırada isə Kreml administrasiyasının rəhbəri Sergey Ivanov var. Ukrayna və ya Suriyada aparılan əməliyyatlar kimi mühüm qərarların alınmasında isə Şoygu vaz keçilməz bir fiqurdur. Ondakı sədaqət, bacarıq və populyarlıq, həmçinin onu, Putindən sonra gələcək prezident olma yolunda potensial bir namizəd halına gətirir.

Soyğun Sibirin cənubunda, Tuva adlı az bilinən bir respublikada böyüdü. İdman etməyi, evlərinin arxa bağçasında döyüşməyi və Yenisey çayında buz parçalarının üzərində atlanıb düşmək kimi riskli akrobatik hərəkətləri sevərdi. Bu xüsusiyyətləri səbəbiylə ona “Şeytan” ləqəbi vermişdilər.

Krasnoyarskda oxuyaraq mühəndislik diplomu alıb və 1990-cı ildə uğurlu tikinti layihələri sayəsində, Kommunist Partiyası tərəfindən Moskvaya çağırılıb. Bir müddət arxitektura komitəsində çalışdıqdan sonra Şoygu daha sonra çox mühüm bir təşkilata çevrilən Fövqəladə Hallar Nazirliyinə xilasetmə qrupuna rəhbərlik edib. 1991-ci ildəki Boris Yeltsinə qarşı çevriliş cəhdində və yenə 1993-ci ildəki konstitusiya böhranda əzmli bir şəkildə öz komandasına sədaqət nümayiş etdirib.

1990-cı illərin xaos dövründə Şoygunun varlığı güvənvericiydi. Savaşların və təbii fəlakətlərlə bərabər, Tacikistan, çeçenistan və Cənubi Osetiyadakı qarşıdurmalarda uzlaşdırıcı bir rol oynayıb. 1999-cu ildə Yeltsin idarəni Putinə təhvil vermək hazırlananda komandası Şoygudan “Birlik” adlı yeni siyasi partiyanı idarə etməsini istədi. Bu partiya daha sonra indi hakimiyyətdə olan “Birləşmiş Rusiya”ya çevrildi. Yeltsin Şoygunu “ən böyük ulduzumuz” kimi qiymətləndirib.

Putin iqtidara gələndə strateji mütəxəssislərinin hələ kim olduğu bilinməyən yeni lideri xalqa tanıtması lazım idi. Köhnə Kremlin məsləhətçisi Qleb Pavlovski rəhbərliyin Putinin imicini bilərək Şoyguyla əlaqələndirməyə çalışdığını deyir: “Putinin də bir qurtarıcı olması lazım idi.”

Heç bir zaman partiya siyasətinə girmək istəməyən Şoygu ərdəmli bir şəkildə ön plandan çəkilir. Pavlovskinin də vurğuladığı kimi, “bir kötükten iki dayaq çıxmayacağını” anlayır. Nəticədə Şoygu özünü sevdirə bilir.

2000-ci ildə o, Putinə Koni adında qara bir labrador verir. Koni prezidentin ən sevdiyi it olur. Putinə macəralı səyahətlərində yoldaşlıq edir. Tətillərini Fransız sahilləri yerinə Rusiya meşələrində keçirərək vətənsevərliyinin göstərir. çar dövrdə qurulan və yenidən bərpa olunaraq rus elitalarına xidmət göstərən bir klubun -Rusiya Coğrafiya Birliyinin başçısı olur.

Bir əvvəlki müdafiə naziri Anatoli Serdyukovun gözdən düşməsindən sonra Putin silahlı qüvvələri Şoyguna həvalə edir. Serdyukov çox əhəmiyyətli islahatlar reallaşdırsa da, dövlətin irəli gələnlərini nəzərə almırdı. Şoyğu isə bir tərəfdən münasibətləri düzəldərkən, digər tərəfdən dəyişikliklərə də davam edirdi.

“Military-Industrial Courier” adındakı həftəlik qəzetin redaktoru olan Mixail Khodarenok, “Şoyğu ilə ordu özünə güvənməyə başladı”-deyir. Şoyğu hərbi hazırlığa və xalqla əlaqələrə özünü həsr edir. Harvard Universitetində Rusiya ordusu mütəxəssisi olan Dmitri Gorenburg onun məşqləri və ani idarələri artırdığını söyləyir. Sovet sonrası dövr ərzində əsgərlərin bəzi köhnə tip paltarlarını dəyişdirmə kimi qərarları ilə lağ mövzusu olan tətbiqləri dəyişdirməsiylə ün qazanır.

İlk olaraq praqmatik bir tutumla Qərb ilə əlaqələr quran Şoygu Amerikanın müdafiə naziri çuk Hagelə səmimi bir şəkildə adıyla xitab etməyi sevirdi. Ukrayna böhranı belə bir səmimiyyət içərisində bitdi. Putin Krıma əl qoymağa qərar verdiyində Şoygu işğalı idarə etməsi üçün bölgəyə Oleq Belaventsev adında bir nümayəndəsini göndərdi. Şoygunun böhranlara rəhbərlik təcrübəsi onun çox yaxşı bir şəkildə xidmət verməsini təmin etdi. “Krım əməliyyatı yeni Rusiya ordusunun gücünü göstərdi”, deyir Minchenko: “Və soyğun bu ordunun simvolu halına gəldi.”

9 Mayda Sovet İttifaqının faşist Almaniyası üzərindəki zəfərinin 70-ci ildönümü əsnasında Rusiya televiziya kameraları qara, üstü açılan bir avtomobildə Şoygunun Qızıl Meydana doğru irəliləməsi görüntülərini çəkir. Tamamilə hərbi üniformalarını geymiş, son dərəcə yaraşıqlı olan Şoyqu Kreml divarlarının altından keçir. Qeyri-adi hərəkətlər sərgiləyən yarı-Tuva, yarı- Rus xristian Şoygu su
allara cavab verir. Sualların ən təməl mövzu daha yüksək bir mərtəbəyə gəlib gəlməyəcəyi idi.

Rusiya siyasi sisteminin ən çox üzərində durduğu sual Putindən sonra hakimiyyətə kimin gələcəyidir. İndiki prezidentin iqtidarı əlində tutması bir az “bezalternativnost” imiciylə bağlıdir, yəni alternativsizlik. “Əgər ikinci bir alternativ oraya çıxarsa, bu, Putini qorxudan bir oyunun başlanğıcı olur, çünki bunu sınaqdan çıxarılmasına Putin izn verməz” deyir Pavlovski. Amma əgər son siyahı mövcuddursa, Şoygu yəqin ki, o siyahının içindədir. Şoyğu Rusiyanın Putindən sonra ən güvənilən və məşhur siyasətçisi olmağa davam edir. Skandallardan qaçır və bu məsələdə özünü nisbətən təmiz tutmağa çalışır. Uzun müddət siyasi ehtirasları rədd edib ki, bu da onun xeyrinədir.

New York Universitetinin Rusiya mütəxəssisi Mark Galeotti deyir: “Yüksəlmə pillələrini dırmaşmaq məsələsində ümidsiz olmadığı açıq və dəqiqdir. Hətta bu yüksəliş zirvəsini tamamlayacaq kimi görünür. Son fövqəladə vəziyyət yarananda Rusiya ilk baş xilakarına geri qayıda bilər”.

“The Economist”