XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2017 - 19:44

Norveçin neft və qazgəlirləri artıb

Aprel ayında Norveçin neft və qaz gəlirləri artıb.

Azərtac xəbər verir ki, bu barədə Norveç Statistika komitəsi məlumat yayıb. Bildirilir ki, apreldə Norveçin xam neft ixracından əldə etdiyi gəlirləri ötən ilin eyni ayı ilə müqayisədə 30 faiz artıb. Ötən ay neft ixracının dəyəri təxminən 2,25 milyard dollar olub.

Apreldə 1,68 milyard dollar dəyərində təbii qaz ixrac edilib. Bu da ötən illə müqayisədə 11,5 faiz artım deməkdir.