XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 20:55

Putin Trampın müdafiəsinə qalxdı:"Siyasi şizofreniyadır!"

"ABŞ prezidenti Donald Trampla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan söhbətin audioyazısı bizdə var. ABŞ administrasiyası məqbul bilsə, onu Senat və Konqresə təqdim edə bilərik".

Bunu Rusiya prezidenti Vladimir Putin İtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi mətbuat konfransında bildirib.

Putin Trampa qarşı ittihamları pisləyərək ABŞ-da siyasi şizofreniyanın inkişaf etdiyini deyib: "Lavrova hansısa məlumatları verdiyinə görə prezident Donald Trapmpın ittihamlara məruz qalmasına başqa ad verə bilmirəm". 

Qeyd edək ki, "The Washington Post" məlum görüş zamanı Trampın Lavrova məxfi məlumatlar ötürdüyü barədə məlumat yayıb. Sonradan xəbər yayılıb ki, həmin kəşfiyyat məlumatlarını ABŞ-a İsrail xüsusi xidmət orqanları təqdim edib.

Bunun ardınca Demokrat Partiyasından olan konqresmenlər Ağ Evdən Tramp-Lavrov görüşünün protokolunu tələb ediblər. 

Tələbdə bildirilirdi ki, prezident ən qısa zamanda redaktə olunmamış stenoqramı Konqresə təqdim etməlidir. Belə ki, Tramp milli təhlükəsizliyi və kəşfiyyat əməliyyatlarını təhlükə altında qoyubsa, Konqres bunu bilməlidir.

Ağ Ev ittihamları rədd edərək görüşdə milli təhlükəsizliyə təhdid yaradacaq hər hansı məlumatın paylaşılmadığını bəyan edib.
Tramp isə Rusiya tərəfi ilə terrorizmə və uçuşların təhlükəsizliyinə aid məlumatları bölüşdüyünü və buna hüququnun olduğunu bildirib(azadliq.info).