Şərti olaraq “Al Polismen” adlandırılmış ilk robot-polis mayın 21-dən etibarən Dubay küçələrində patrul keşiyi çəkməyə başlayacaq. Bu barədə informasiyanı yayıblar.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) KİV-lərinin Dubay polisinə istinadla yaydığı məlumata görə, süni intellektlə təchiz edilmiş robot ərizələri qəbul etməkdə, onları dərhal departamentə çatdırmaqda şəhər sakinlərinə kömək edəcək. Məlumatda qeyd edilir ki, bu yenilik hökumətin “SmartDubai” inkişaf strategiyası barədə təşəbbüsü çərçivəsində tətbiq ediləcək. Strategiyanın 2021-ci ilə qədər yerinə yetirilməsi nəzərdə tutulub. Təşəbbüs Dubayı texniki yeniliklərlə təchiz edilmiş ən müasir şəhərə çevirmək məqsədi daşıyır.
Şəhərin hakimiyyət orqanları yaxın aylarda və illərdə başqa elektron patrul xidmətlərinin tətbiq olunacağını vəd edirlər(azərtac).