XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 22:34

Tramp KİV-in onunla pis vəədalətsiz rəftarından gileylənib

ABŞ Prezidenti Donald Tramp gileylənib ki, tarixdə hələ heç bir siyasətçi ilə onunla olduğu qədər pis və ədalətsiz davranılmayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Amerika lideri bunu Konnektikut ştatında Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısındakı çıxışında bəyan edib. “Məni Vaşinqton KİV-lərinə xidmət etmək üçün yox, Amerika xalqına xidmət etmək üçün seçiblər. Baxın görün, son vaxtlar mənimlə necə davranırlar, xüsusən də KİV”, – ABŞ Prezidenti belə deyib.

Tramp dəfələrlə açıq şəkildə bildirib ki, ölkə KİV-ləri qeyri-səhih informasiyalar yayaraq, ona qarşı məqsədli şəkildə çıxış edirlər. O, medianın bu fəaliyyətini kəskin pisləyərək, The New York Times qəzetini, CNN, NBC, CBS və ABC telekompaniyalarını Amerika xalqının düşməni adlandırıb.