XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2017 - 11:56

ABŞ Konqresi Rusiya səfirliyinin yerləşdiyi küçəyə Boris Nemtsovun adını vermək istəyir

ABŞ Konqresinin milli təhlükəsizlik üzrə senat komitəsi Rusiyanın Vaşinqtondadakı səfirliyinin qarşısındakı küçəyə Boris Nemtsovun adının verilməsi haqqında qanun layihəsini dəstəkləyib.

Strateq.az BBC-yə istinadən bildirir ki, qanun layihəsini respublikaçı Marco Rubio təqdim edib. Layihəyə əsasən Viskonsin prospekti ilə kəsişən küçənin adı dəyişdirilərək "Boris Nemtsov Place" adlandırılacaq. Rusiya səfirliyi öz yazışmalarında məhz bu ünvanı göstərməli olacaq. Qanunun qüvvəyə minməsi üçün onu ABŞ Konqresi və prezident Donald Tramp təsdiqləməlidir.

Müxalifətçi siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında qətlə yetirilib.

Qətldə 5 çeçen – Zaur Dadayev, Anzor və Şadid Qubaşev, Ramzat Baxayev və Tamerlan Əskərxanov ittiham olunur. Onların hamısı məhkəmədə günahkar olmadıqlarını bildiriblər. Aparılan istintaq isə qətlin beynəlxalq axtarışda olan Ruslan Muhidinov və həmçinin naməlum şəxslərdən ibarət qrup tərəfindən təşkil olunduğu fikrindədir. Boris Nemtsovun nümayədələri istintaqın nəticələrindən razı deyillər. Onlar dəfələrlə Çeçenistan başçısı Ramzan Kadırova və digər yüksək rütbəli məmurlara bu işlə bağlı müraciət etsələr də, onların müraciətii rədd edilib.