XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2015 - 17:31

ABŞ bu terrorçu barədə xəbər verənə 6 milyon dollar vəd etdi

Birləşmiş Ştatlar «Əş-Şabab» terror qruplaşmasının 6 lideri barədə məlumat verənlərə böyük məbləğdə pul mükafatı vəd edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ən böyük mükafat qruplaşmanın əsas lideri Əbu übeydə barədə informasiya verən adamı gözləyir – 6 milyon dollar. 

übeydədən əvvəl qruplaşmaya Əhməd Abli Qodan rəhbərlik edirdi. Qodan ötən il ABŞ-ın pilotsuz təyyarəsi ilə öldürülmüşdü. 

Digər beş liderdən hər hansı biri barədə məlumat ötürən adama isə mükafat olaraq 3 milyon dollar veriləcək. Onların arasında Keniyadakı universitetə terror hücumu edərək 147 nəfərin ölümünə səbəb olan Maxad Karate də var. 

Qeyd edək ki, «Əş-Şabab» Somalidə fəaliyyət göstərən terror qruplaşmasıdır.