Almaniyanın Federal Kəşfiyyat Xidmətinin izlədiyi şəxs və qurumlarla bağlı yeni məlumatlar yayılıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, alman kəşfiyyatı Fransa xarici işlər naziri Loran Fabiusu, ABŞ-ın Federal Təhqiqatlar Bürosunu, BMT-nin Uşaq Fondunu, Beynəlxalq Haaqa Məhkəməsini, ümumdünya Səhiyyə Təşkilatını və bir çox ABŞ, Avropa şirkətlərini də izləyirmiş.
Qeyd edək ki, Almaniyanın Federal Kəşfiyyat Xidməti kansler Angela Merkelin administrasiyasına tabedir. 2013-cü ildə Merkel ABŞ Milli Təhlükəsizlik Agentliyi onu gizli şəkildə dinlədiyinə görə Vaşinqtonu sərt tənqid etmişdi.
Bundan əvvəl alman kəşfiyyatının Avropa Birliyinə üzv dövlətlərin səfirlərini izlədiyi barədə məlumat yayılmışdı.