XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 20:21

Bu şirkət 10 saata 8 milyard dollarlıq mal satdı

çinin «Alibaba» şirkəti 10 saat ərzində 8 milyard dollarlıq mal satıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hər il noyabrın 11-i çində «Subaylar günü» kimi qeyd olunur.  «The Guardian»ın məlumatına görə, bu gün ölkədəki şirkətlər öz məhsullarını böyük endirimlərlə satırlar. 

«Alibaba» şirkətinin direktoru Deniel çjananın sözlərinə görə, bu miqyasda satışdan sonra bütün dünya çinin istehlakçı «bum»una şahid olacaq. 

Qeyd edək ki, ABŞ-da hər il dekabrın 2-də keçirilən «Şükran» günündə bu cür endirimlər və satışlar olur.

ötən il «Şükran» günü ilə əlaqədar 6.5 milyard dollarlıq satış olmuşdu.