XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

19 May 2017 - 09:59

 İranda prezident seçkiləri başlanıb –Dörd namizəddən kim seçiləcək?

İranda prezident seçkiləri başlanıb.

İranlılar ölkənin 12-ci prezidentini seçmək üçün cümə günü səhərdən seçki məntəqələrinə axışır.

Bu seçkilərdə əsasən 4 namizəd yarışır: sabiq prezident Həsən Ruhani, keçmiş ədliyyə rəhbəri Seyid İbrahim Rəisi, İranın Məqsədəuyğunluq Şurasının üzvü Mustafa Ağa-Mirsəlim və sabiq vise-prezident Mustafa Haşemi-Taba.

Səhər tezdən ilk səsverənlərdən biri İslam İnqilabının lideri Ayətullah Xameneyi olub. Səs verdikdən sonra dini lider deyib: "Demokratiya və seçkilərdə insanların iştirakına xeyir-dua üçün Ulu Allaha təşəkkür edirəm. Bu, böyük nemətdir". O daha çox insanın seçkilərə qatılmasını arzu etdiyini də qeyd edib. Ayətullah Xameneyi 2017-ci il seçkilərini çox mühüm adlandırıb və ölkənin taleyinin kütlələrin əlində olduğunu deyib: "Mən hesab edirəm ki, yaxşı işlər əvvəl saatlarda görülməlidir və gecikdirmək olmaz. Mən prezident seçkilərinin çox vacib olduğunu inanıram."

63,500 seçki məntəqəsi bütün ölkə üzrə yerli vaxtla saat 08:00-da açılıb və səsvermə axşam saat 18:00-da başa çatmalıdır. Lakin seçicilərin sayı çox olarsa bu zaman uzadıla bilər. İranlı mühacirlər isə 102 ölkədə 310 seçki məntəqəsində prezident seçkilərinə qatılır. (BBC)