XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 06:45

«Facebook» hökumətləri təşvişə salıb – Dövlət rəsmiləri şirkətə 40 mindən artıq məktub göndərib

İl başlayandan bu yana «Facebook»a bu sosial şəbəkənin hansısa istifadəçisi barədə məlumatları təqdim etmək tələbiylə 41 mindən artıq məktub ünvanlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, məktublar əsasən ayrı-ayrı dövlətlərin hökumətlərindən və rəsmi şəxslərindən daxil olur. 

Rəsmilərin müraciətlərində istifadəçilərin «Facebook» hesablarını qapatmaq kimi, tələblər də yer alır. 

Şirkət bildirir ki, bu tələbi daha çox Hindistan hökuməti dilə gətirir. Narazılığa səbəb olan paylaşımlar isə əsasən siyasi və dini məsələləri əks etdirir.