XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2017 - 14:53

Braziliyada nümayişlər –Prezidentin istefası tələb edilir

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb. Trend-in məlumatına görə, Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.

Daha genişmiqyaslı etiraz dalğaları isə Ria-da-Janeyro və ölkənin paytaxtında qeydə alınıb. Ria-da-Janeyroda 2 minə yaxın sakinin küçələrə axışması şəhərdə hərəkəti iflic edib. (Trend)