XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2017 - 15:16

Ermənistanın 34 yaşlı sabiq ədliyyə naziri parlamentin vitse-spikeri seçildi –FOTO

Bu gün Ermənistan parlamentinə 3 yeni vitse-spiker seçilib.

 Bunlar Eduard Şarmazanov (milliyəcə yunan), Arpine Ovanisyan və Mikael Melkumyandır. Şarmazanov və Ovanisyan hakim Respublika Partiyasının, Melkumyan isə müxalifəti təmsil edən "Sarukyan" blokunun üzvüdür.

 Gizli səsvermədə Şarmazanov 85, Ovanisyan 73 və Mikaleyan isə 65 səs toplayıb.

Səsvermədə 105 deputatdan 100-ü iştirak edib. Xatırladaq ki, Ermənistanın əvvəlki parlamentində sədrin 2 müavini vardı.

Qeyd edək ki, dünən Ermənistan parlamentinə yeni sədr də seçilib. Bu, Respublikaçılar Partiyasından olan Ara Babloyandır.