Rusiya təyyarəsi böyük ehtimalla saatlı bombanın partlaması nəticəsində qəzaya uğrayıb.
Strateq.az bildirir ki, bu barədə CNN ABŞ-dakı mötəbər mənbəyə istinadən məlumat yayıb.
CNN telekanalının xəbərinə görə, Amerika dairələrinin açıqlamalarına görə, təyyarənin partladılmasında C-4 partlayıcı maddəsindən istifadə olunub.
Rusiyanın “Koqalımavia” aviasiya şirkətinə məxsus Şərm əl-Şeyx- Sankt-Peterburq istiqamətində uçan təyyarəsi Sina yarımadasında qəzaya uğrayıb və əksəriyyəti turist olan bu təyyarənin 224 sərnişini həlak olub.