XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 09:00

Suriya müxalifəti Rusiyaya «yox» dedi: “Oyun oynayırlar”

Rusiyanın Suriya ilə bağlı sülh planı müxaliflər tərəfindən dəstəklənməyib. Suriya müxalifəti Moskvanın 8 bəndlik təklifinə rədd cavabı verib. 

Suriya Milli Koalisiyasının üzvü Monzer Ağbık «Reuters»ə bildirib ki, Suriya xalqı heç vaxt Əsəd diktaturasını qəbul etməyəcək: «Rusiya oyun oynamağa çalışır. Bu oyuna Cenevrədən başlayıblar»

Koalisiya üzvü Hadi əl-Bahra isə qeyd edib ki, hazırkı şəraitdə Suriyada ədalətli seçki keçirilə bilməz: «Seçki necə ədalətli keçə bilər ki, Suriya vətəndaşları xüsusi xidmət orqanları tərəfindən təqib olunur və onlardan qorxurlar».  

Koalisiya üzvlərindən Mişel Kilo isə sülh planını Rusiyanın Əsədi hakimiyyətdə saxlamaq cəhdi kimi qiymətləndirib: «Əgər Rusiya Suriyada seçki keçirilməsi ilə bağlı digər ölkələri də razı sala bilsə, bu fəlakət olacaq. Suriya ilə bağlı istənilən plan vətəndaşların iradəsini əks etdirməli, kənardan sırınmamalıdır». 

Suriyalı müxaliflər hesab edir ki, Bəşər Əsəd hakimiyyətdə qalsa, ölkədə sülhü bərqərar etmək mümkün olmayacaq.

Xatırladaq ki, sülh planına görə, Suriyada 18 ay davam edəcək Konstitusiya islahatı, ardından da prezident seçkiləri keçirilməlidir. Xalq tərəfindən seçilmiş prezident silahlı qüvvələrə, xüsusi xidmət orqanlarına və xarici siyasət sahəsinə nəzarət edəcək. İslahat prosesinə bütün maraqlı tərəflərin qəbul edəcəyi namizəd rəhbərlik edəcək.