XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2017 - 11:34

“Hyundai” gələn ildən elektrik mühərrikli avtobuslarınsatışına başlayacaq

Cənubi Koreyanın “Hyundai Motor Co.” şirkətinin istehsalı olan elektrik mühərrikli sərnişin avtobusları gələn ildən satışda olacaq.

Şirkətin yaydığı məlumatda deyilir ki, hökumətin ölkədə elektrik mühərriki ilə işləyən avtomobillərin enerji doldurma məntəqələrinin sayının çoxalması ilə bağlı planı “Hyundai Motor Co.”nu bu tip avtomobillərin, o cümlədən avtobusların istehsalını artırmağa təşviq edib.

Şirkət bir neçə ildir ki, elektrik mühərriki ilə işləyən avtomobillərin (“Elec City”) istehsalı üzərində işləyir. Lakin ölkədə əvvəllər bu cür avtomobillər üçün enerji doldurma məntəqələrinin sayının az olması “Hyundai Motor Co.”nun istehsalı çoxaltmaq planlarına mənfi təsir göstərmişdi.

İstehsalçı şirkətin mütəxəssisləri hesab edir ki, elektrik mühərrikli avtobuslar bir dəfə enerji yığmaqla 290 kilometr məsafə qət edə biləcəklər(azərtac).