XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 11:44

BMW-nin Çində yeni zavodufəaliyyətə başlayıb

Almaniyanın məşhur avtomobil istehsalçısı BMW Çində yeni yığım zavodunu işə salıb.

Şenyan şəhərində fəaliyyətə başlayan zavodun inşasına 1,11 milyard ABŞ dolları vəsait sərf olunub. Bununla BMW-nin Çindəki zavodlarının illik istehsal gücü 450 min avtomobilə çatacaq.

Çin BMW avtomobillərinin ən böyük bazarıdır. Ötən il BMW-nin Çindəki zavodlarında 316 min avtomobil istehsal olunub ki, bu da şirkətin dünya üzrə istehsalının 12,5 faizinə bərabərdir(azərtac).