XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 12:13

İsveç polisi yeni elektromobillərisınaqdan keçirib (FOTO)

İsveç polisi yeni elektromobilləri uğurla sınaqdan keçirib.

İsveç KİV-lərinin yaydığı məlumata görə, sınaqlar Stokholm, Malmö və Höteborqda həyata keçirilib. Cəmi doqquz elektrokar test olunub.

İsveç Milli Polis İdarəsinin rəsmi nümayəndəsi Henrik Lanqmark bildirib ki, bu elektromobillərdən təkcə qısa məsafələrə, o cümlədən görüşə getmək, cinayətkar yaxalamaq və insanlar arasında sorğu aparmaq üçün istifadə olunub. Amma heç bir elektrokar patrul maşını kimi tətbiq edilməyib.

Polis nümayəndəsi elektrokarların üstünlüklərindən danışarkən onların havaya işlənmiş qaz buraxmadığını və əməliyyat xərclərinin aşağı olduğunu qeyd edib. Ancaq bu maşınların səssiz hərəkət etməsi və bir dəfə elektriklə dolma gücünün yalnız qısa məsafələrə kifayət etməsi çox vaxt polislər üçün problem yaradır.

Qeyd edək ki, İsveçin asayiş keşikçiləri elektromobilləri daxiliyanma mühərrikli avtomobillərdən istifadəni 2030-cu ilə qədər dayandırmaq məqsədi daşıyan proqram çərçivəsində sınaqdan keçirirlər(azərtac).