XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 12:37

“Reuters”:"Trampın reytinqi ən aşağı səviyyəyə düşüb"

ABŞ prezidenti Donald Tramın reytinqi vəzifə səlahiyyətlərinin icrasına başladığı gündən bu yana ən aşağı həddə enib.

"Reuters" agentliyinin "İspos" mərkəzi ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, hazırda Trampın reytinqi 38 faizdir.

Eyni zamanda respondentlərin 56 faizi Trampın siyasətini dəstəkləmədiklərini bildirib.  

6 faiz isə hələ Trampa münasibətlərini tam müəyyənləşdirməyib.

Eyni zamanda Respublikaçılar Partiyası üzvlərinin 23 faizinin Trampı dəstəkləmədiyi üzə çıxıb(azadliq.info).