XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2017 - 14:03

Avropa Şurası zəif qruplarınmüdafiəsinə qalxır

Çexiya XİN-in başçısı Lyubomir Zaoralek mayın 19-da Nikosiyada Kipr xarici işlər nazirindən rəmzi açar şəklində Avropa Şurası Nazirlər Şurasında ölkəsinin sədrliyini qəbul edib. O vəd edib ki, Çex Respublikası zəif qrupların, o cümlədən qaraçıların, miqrantların və onların uşaqlarının hüquqlarının qorunması, habelə demokratiyanın və hüquqi dövlətin əsaslarının möhkəmlənməsi uğrunda mübarizə aparacaq.

L.Zaoralekin sözlərinə görə, Çex Respublikası insan hüquqlarına riayət olunmasına nəzarət edən təşkilatın sədri kimi müasir dünyanı narahat edən bütün məsələlərə universal cavablar axtarmaq niyyətində deyildir, ancaq o, hazırda demokratiyanın üzləşməli olduğu bütün problemləri yaxşı başa düşür(azərtac).