XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2017 - 14:26

“Telegram” onlayn ödənişlər funksiyasınıistifadəyə verib

İstifadəçilər "Telegram" messencerində istifadəyə verilmiş yeni "Bot Payments" sisteminin köməyi ilə alış-veriş və xidmətlərin haqqını ödəyə biləcəklər. Xidmətin yaradıcıları bank kartları haqda informasiyanın yadda saxlanılmayacağına dair söz veriblər.

Azərtac "macdigger.ru" saytına istinadən bildirir ki, "Telegram" "Bot Payments" onlayn ödənişlər funksiyasını inteqrasiya edib, hazırda ABŞ-ın "Stripe" prosessinq platforması əməliyyatların əksəriyyətini dəstəkləyir. Bundan sonra dünyanın 190 ölkəsində əlçatan olan "RazorPay", "FlutterWave" və "PaymentWall" platformaları da istifadəyə veriləcək.

"Stripe – bu, yalnız başlanğıcdır. Yaxın günlərdə ödənişlər Hindistanda "RazorPay" platforması, Nigeriya, Keniya, Qana, Cənubi Afrika Respublıkasında və Uqandada "FlutterWave" və 190 ölkədə "PaymentWall" platforması vasitəsilə əlçatan olacaq." – "Telegram" messencerinin bloqunda qeyd edilib.

Ödənişlər tərtibatçılar tərəfindən yaradılmış botlar vasitəsilə həyata keçiriləcək. Məlumata görə, messencer yalnız alıcı, onlar tərəfindən seçilmiş ödəniş sistemləri və satıcıların botları arasında kommunikasiya məsələlərini tənzimləyəcək. Beləliklə, şirkət istifadəçilərin fərdi informasiyasını toplamayacaq və ya əməliyyatlardan faiz götürməyəcək.

Pavel Durov tərəfindən təsis edilmiş "Telegram" messencerinin auditoriyası təxminən 100 milyon nəfərdir.

Həmçinin "Telegram 4.0" versiyasında videomesajların çəkilişi funksiyası təqdim edilib. Yeni funksiya istifadəçilərə həmsöhbətləri ilə videoçarxları paylaşmağa imkan verəcək.