Norveçin neft hasilatı apreldə gündəlik 2 faiz azalıb.
Azərtac Norveç Neft Direktorluğuna istinadla xəbər verir ki, ölkədə neft hasilatı bu ilin mart ayı ilə müqayisədə apreldə gündəlik 2 faiz azalıb. Apreldə neft hasilatı ötən ilin eyni ayına nisbətən isə təxminən 4,2 faiz artıb.
Aprel ayında Norveçdə gündəlik hasilat təxminən 2,11 milyon barrel neft və kondensat olub. Bu rəqəm mart ayı ilə müqayisədə sutkada 38 min barrel azalma deməkdir.
Ölkənin qaz satışı isə aprel ayında 10,6 milyard kubmetr olub və martla müqayisədə 400 milyon kubmetr azalıb.