XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 15:49

Donald Trampın ilk xarici səfəri SəudiyyəƏrəbistanından başlayıb

ABŞ Prezidenti Donald Tramp ilk xarici turnesinin başlanğıc nöqtəsinə – Ər-Riyada gəlib. O, sabah İsrailə və Vatikana gedəcək, daha sonra Brüsseldə NATO-nun sammitində iştirak edəcək, həmçinin Siciliyada Yeddilik Qrupunun liderləri ilə görüşəcək.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ evin başçısı Səudiyyə Ərəbistanına səfəri zamanı ölkə rəhbərliyi ilə əməkdaşlığın güclənməsi və münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək. Onun kral Salman bin Əbdüləziz Əl Səudla görüşü planlaşdırılır. Səudiyyə-Amerika sammiti “Birlikdə hədəfə çatacağıq” şüarı altında keçiriləcək. Tərəflər bir sıra məsələləri, əsasən iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.

Donald Trampın Ər-Riyadda, həmçinin Fars Körfəzinin Ərəb Ölkələri Əməkdaşlıq Şurasının yüksək səviyyəli görüşü baş tutacaq. Sonradan bu görüşə 40 ərəb və müsəlman ölkəsi də qoşulacaq.

Müşahidəçilər ABŞ Prezidentinin bu səfərini təhlil edərkən, Səudiyyə Ərəbistanı Baş nazirinin ikinci müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salman Əl Səudun Donald Trampı “müsəlmanların həqiqi dostu” kimi səciyyələndirdiyini xatırladırlar.