XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2017 - 16:17

Hərbi əməliyyatlar başlayandan Mosulu700 min dinc sakin tərk edib

İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatının başlandığı 2016-cı ilin 17 oktyabrından bu günə kimi şəhəri 700 min dinc sakin tərk edib.

"Report""Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Cenevrədəki nümayəndəsi Piter Houkins beynəlxalq təşkilatın ofisində keçirdiyi mətbuat konfransında xəbər verib.

Onun sözlərinə görə, əməliyyatın sonuna kimi daha 200 min insanın evlərini tərk edəcəyi gözlənilir. YUNİSEF nümayəndəsi qeyd edib ki, Mosulun qərb rayonlarının mühasirəsi davam edir və bu əraziləri tərk etmiş dinc sakinlərin sayı 500 min nəfərə çatıb.

"Əvvəllər Mosulun şərq yaşayış məntəqələrini 200 min dinc sakin tərk edib. Bu mənada Mosulun azad edilməsi əməliyyatının başlanğıcından bu günə kimi şəhəri 700 minə yaxın insan tərk edib" – deyə o xəbər verib.