Venesuela prezidenti Nikolas Maduronun iki qohumu narkotik ticarətində ittiham olunaraq həbs edilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Wall Street Journal» məlumat yayıb.
Efrain Antonio Campo Flores və Francisco Flores de Freitas ABŞ-ın Narkotiklərlə Mübarizə Xidmətiniə təhvil verilib. Hazırda onların Nyu-Yorkda saxlanıldığı və sorğu-sual edildiyi bildirilir.
Hər iki şəxsi ABŞ Narkotiklərlə Mübarizə Xidmətinin gizli fəaliyyət göstərən əməkdaşı ələ verib. Maduronun qohumları bu adamla əlaqəyə girərək 800 kiloqram kokaini hava limanından keçirmək üçün kömək istəyiblər. Kokainin Bişləşmiş Ştatlarda satılması nəzərdə tutulurdu.
Narkoticarət qalmaqalında Venesuella silahlı qüvvələrində, polisində və dövlət aparatında təmsil olunan bəzi məmurların da adı keçir.