ABŞ müdafiə naziri Ceyms Mettis Suriya və İraqda İŞİD-ə qarşı mübarizə planının yeniləndiyini bildirib.
Pentaqon rəhbərinin sözlərinə görə, prezident Donald Tramp İŞİD-in məhvi ilə bağlı taktikanın dəyişdirilməsi ilə bağlı təlimat verib.
Yeni plana əsasən ABŞ İŞİD-ə qarşı gücləndirilmiş kampaniyaya başlayacaq və beynəlxalq koalisiya terrorçuların başqa ölkələrdəki “yuvalarını” da nəzarətdə saxlayacaq.
Mettis qeyd edib ki, yerli güclərin müqaviməti yetərli olmayana qədər ABŞ silahlı qüvvələrinin İraq və Suriyada rolu aktual olacaq(azadliq.info).