XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2017 - 19:22

Mərkəzi Afrika Respublikasında toqquşma:22 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasında xristian və keçmiş islamçı qruplaşması arasında baş vermiş toqquşmalar zamanı 22 nəfər həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasının (MINUSCA) bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, toqquşmalar zamanı daha 36 nəfər xəsarət alıb. "Anti-Balaka" ilə əvvəllər "Seleka" islamçı qruplaşmasının tərkibində olmuş silahlılarla toqquşma Bria şəhərində baş verib. Öldürülənlərdən 17-i dinc sakinlərdir.

"Briada və Mərkəzi Afrika Respublikasının digər yerlərində silahlı qruplaşmalar arasında toqquşmalar dayandırılmalıdır" – deyə missiyanın baş katibinin xüsusi nümayəndəsi Dayan Korner bəyanatında bildirib.