XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 20:14

Suriya paytaxtının Bərzə yaşayış məntəqəsini1076 silahlı tərk edib

Suriya hakimiyyəti ilə silahlı qruplaşmalar arasında əldə edilmiş razılaşmaya əsasən paytaxtın Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Hüms vilayətinin qubernatoru Ələddin İbrahimin mətbuat üçün bəyanatında bildirilir.

"Bərzədə barışığın üçüncü mərhələsi başa çatıb. Yaşayış məntəqəsini 2672 nəfər tərk edib. Onların 1076-ı silahlılardır" – deyə qubernator vurğulayıb.

Qeyd edək ki, ötən həftə düşmənçilik edən tərəflər arasında xalq barışığı proqramı çərçivəsində silahlıların Kabun yaşayış məntəqəsindən də çıxarılması başa çatıb.