XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2017 - 21:33

Həsən Ruhani xalqamüraciət edib

İkinci dəfə İranın Prezidenti seçilən Həsən Ruhani dövlət televiziyası ilə xalqa müraciət edib.

H.Ruhani seçkilərdə fəallıq göstərdiyinə görə İran xalqına təşəkkür edərək, ölkədə hamının Prezidenti olacağını bildirib. O deyib ki, İran xalqı sülh və sabitlik şəraitində yaşamaq istəyir və biz mövcud sabitliyi daha da möhkəmləndirəcəyik.

“İran dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağa və onu inkişaf etdirməyə hazırdır. Lakin İran heç vaxt onu alçaldacaq təklifləri qəbul etməyəcək və xalqın mənafeyini qoruyacaq. Bütün sahələr üzrə əməkdaşlıq etmək üçün İranın qapıları beynəlxalq aləmə açıqdır. Lakin İrana hədə-qorxu gələnlər bilməlidirlər ki, bu, faydasızdır. İran milli maraqlarını hər şeydən üstün tutacaq”, – deyə o vurğulayıb.

H.Ruhani mayın 19-da keçirilən prezident seçkilərində səslərin 57 faizini qazanaraq, ikinci müddətə İranın prezidenti seçilib(azərtac).