Bu ilin iyununda ABŞ terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qollarına çoxlu sayda tank, zirehli texnika və başqa ağır silahlar, habelə hərbi avadanlıq ötürəcək.
"Haber 7"nin informasiyasına əsasən, hazırda Pentaqon terrorçulara gecəgörmə cihazları, lazer sistemi, iri çaplı silahlar, Hava Hücumundan Müdafiə Sistemi, zirehli texnika və müxtəlif sursatlar ötürür. Qruplaşmalara hələlik tank və zirehli nəqliyyat vasitəsi verilməyib.
ABŞ uzun müddətdir, terror qruplaşmasının qollarına bahalı və müasir silah-sursat tədarük edir. Pentaqonun 2014-cü ildən bu günədək terrorçulara göndərdiyi silah-sursatın qeydiyyatı aparılmır.
Terrorçu qruplaşmanın Suriyadakı qollarına verilən silahları ingilis dilini bilən 4 nəfər qeydiyyat aparmadan təhvil alır
Report