XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 13:15

Tacikistandakı səs-küylü cinayət açılır – Rus zabit 22 yaşlı qızı öldürdüyünü etiraf etdi

Tacikistandakı Rusiya hərbi bazasında xidmət edən rus zabit İvan Şerbakov 22 yaşlı tacik qızı Şoira Cobirovanı qətlə yetirdiyini etiraf edib. Və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Baş leytenant ilkin ifadəsində həmin gün sərxoş olduğunu və heç nə xatırlamadığını bildirmişdi.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, rus zabit gənc tacik qızı təcavüz edərək öldürməkdə ittiham olunur. Qızın cəsədi Rusiya hərbi bazası yaxınlıqdakı zibillikdən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Yaxınlarının dediyinə görə, Ş.Cobirovanın bədəni bölünmüş vəziyyətdə olub. 

Tacikistan Daxili İşlər Nazirliyindən bildiriblər ki, öldürülməmişdən əvvəl qızı qəddarcasına döyüblər və təcavüz ediblər. 

Tacikistan Xarici İşlər Nazirliyi dünən məsələ ilə bağlı Rusiya hökumətinə nota verib. Rəsmi Düşənbə Moskvadan insidentlə bağlı izahat verməyi və təcili tədbir görməyi tələb edib.